Qurban Qurbanov 600-cü oyununu Qəbələdə keçirib
Qurban Qurbanov “Qarabağ”ın baş məşqçisi kimi 600-cü oyununu keçirib.
Oxu.Az xəbər verir ki, yubiley matçı Premyer Liqanın XXIV turuna təsadüf edib.
“Qəbələ” ilə səfərdəki qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
50 yaşlı mütəxəssisin bu vəzifəyə təyin olunduğu 2008-ci ilin yayından indiyədək bütün turnirlərdə baş tutan 600 qarşılaşmanın 337-sində “köhlən atlar” qələbə qazanıblar.
Qeyd edək ki, komanda bu 600 qarşılaşmada 153 dəfə heç-heçəyə imza atıb, 110 dəfə məğlubiyyətlə üzləşib.