bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

DSMF-nin artan gəlir və xərclərinin miqdarı açıqlanıb

18-11-2022, 15:29 40 dəfə baxılıb

DSMF-nin artan gəlir və xərclərinin miqdarı açıqlanıb
Sosial sığorta daxilolmaları 10 ayda proqnoza nisbətən 144 mln. manat artaraq 3 mlrd. 688 mln. manat olub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2022-ci ilin 10 ayında proqnozla müqayisədə 3,2 faiz və ya 146 mln. manat çox olmaqla 4 mlrd. 727 mln. manat təşkil edib.

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları artmaqda davam edib. Bu daxilolmalar yanvar-oktyabr aylarında proqnoza nisbətən 4,1 faiz və ya 144 mln. manat artaraq 3 mlrd. 688 mln. manat olub.

Bu ilin yanvar-oktyabr aylarında DSMF-nin xərcləri isə ötən ilin müvafiq dövrünə nisbətən 7,6 faiz və ya 308 mln. manat artaraq 4 mlrd. 363 mln. manata çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930