bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanın qeyri-neft ixracı II rübdə 10%-dən çox artıb

19-07-2022, 13:17 46 dəfə baxılıb

Azərbaycanın qeyri-neft ixracı II rübdə 10%-dən çox artıb


Bu ilin II rübündə (aprel-iyun ayları) Azərbaycanın qeyri-neft məhsullarının ixracı 730,35 mln. ABŞ dolları təşkil edib.

Bu barədə BizimLider.com Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə – AZPROMO-ya istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni rübü ilə müqayisədə Azərbaycanın qeyri-neft məhsullarının ixracı 10,5% artıb.

Bu ilin yanvar-iyun aylarında ölkənin qeyri-neft ixracı 1 457,62 mln. dollar (artım 25,4%), təkcə iyun ayında isə 269,55 mln. dollar (artım 5,8%) təşkil edib.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik ifadədə 47,2% artaraq 2 713,4 mln. dollara bərabər olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930