Vətəndaşların Sosial İmkanları Müzakirəyə Çıxarıldı - Fotolar
Sosial Dövlət Naminə” İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, birliyin sədri Faiq Əhmədov “Azərbaycan sosial dövlətə doğru” mövzusunda layihəsinin həyata keçirilməsi üçün regionlarda vətəndaşlarla görüşlərini davam etdirir.
Sosialdovlet.az xəbər verir ki, 30 sentyabr 2022-ci il tarixində “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri, "Azərbaycan sosial dovlətə döğru” layihəsinin rəhbəri Faiq Əhmədovun başçılığı ilə könüllülərdən ibarət layihə qrupu, Kürdəmir rayonuna səfər etmişlər.
Layihə çərçivəsində Kürdəmir rayon, Tofiq İsmayılov adına 1 saylı tam orta məktəbin akt zalında, fəaliyyət planına uyğun olaraq, ictimai müzakirə təşkil edilib.
Tədbirdə Bakıdan gələn qonaqlarla yanaşı, Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili şöbəsinin müdiri Ağəli Kərimli, İcra hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin təşkili Şöbəsinin müdiri Mirmahmud Mahmudov rayonun geniş ictimaiyyət nümayəndələri, eləcə də şəhid Adəm Əliyevin anası, “Sosial Dövlət Naminə” İctimai Birliyinin Kürdəmir rayon Təşkilatın Qadınlar Şurasının sədri Akifə xanım Əliyeva, sədr müavini, Könül xanım Şirvanlı, həmçinin QHT–nin üzvləri, ictimai fəallar, qazilər, şəhid anaları və onların ailə üzvləri digər kateqoriyadan olan vətəndaşlar iştirak ediblər.
Tədbiri “Sosial Dövlət Naminə” İctimai Birliyin sədr müavini Rauf İlyasoğlu açaraq hər kəsi salamladıqdan sonra, Dövlət himnimiz səsləndirildi və Vətənimizin azadlığı uğrunda, ərazi bütövlüyümüzü qoruyarkən canını fəda etmiş şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Rauf müəllim “Sosial Dövlət Naminə” İctimai Birliyin son iki ildə gördüyü əvəzsiz xidmətlərindən danışdıqdan sonra cıxış üçün sözü təşkilatın sədri, “Azərbaycan Sosial Dövlətə Doğru" layihəsinin rəhbəri Faiq Əhmədova vermişdir.
“Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri, layihə rəhbəri Faiq Əhmədov təşkilatın 2 ildə gördüyü fəaliyyəti haqqında, eyni zamanda iştirakçılara təqdim edilən məlumatlandırıcı nəşrlər – kitabça və buklet barədə geniş məlumat vermişdir.
Sonra “Sosial Dövlət Naminə” İctimai Birliyinin Kürdəmir rayon Təşkilatının Qadınlar Şurasının sədri Akifə xanım Əliyeva, sədr müavini, şair-publisist Könül xanım Şirvanlı, təşkilatın İdarə Heyətinin üzvü, qazi Saleh Hacıyev və rayonun icra hakimiyyətinin vəzifəli şəxslərindən söz alaraq belə bir aktual layihəni dəstəklədiklərini bildirdilər.
Çıxışçılar vətəndaş və dövlət qurumlarının nümayəndələri arasındakı sivil münasibətlərə, sosial sahədə ölkədə görülən böyük işlər, qəbul edilən proqramlar, yeni imkanlar, həmçinin yaradılan şəraitdən faydalanma yolları haqqında geniş informasiyaları iştirakçılarla bölüşdülər. Müzakirədən sonra vətəndaşların sualları cavablandırıldı, ictimaiyyətlə geniş fikir mübadiləsi aparıldı.
Sonda xatirə şəkilləri çəkildi, paylanma materialları, kitabcalar və bukletlər iştirakçılara hədiyyə olundu.
Onuda xüsusilə qeyd edirik ki, “Sosial Dövlət Naminə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dədtəilə “2022-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində 1 sentyabr – 1 noyabr tarixlərində həyata keçirilən ikiaylıq “Azərbaycan sosial dovlətə doğru” mövzusunda layihə çərçivəsində geniş ictimai təqdimat və müzakirələri davam etdirir.
Sosial Dövlət Naminə" İB-in, İctimaiətlə
Əlaqələr Şöbəsinin müdiri İlahə Məmmədova