bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Regionlarda “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin İctimai Müzakirəsi Davam Edir-Fotolar

9-10-2022, 23:28 178 dəfə baxılıb

Regionlarda “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin İctimai Müzakirəsi Davam Edir-Fotolar

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2022-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində dəstək verdiyi, “Sosial Dövlət Naminə” İctimai Birliyinin həyata keçirdiyi ikiaylıq “Azərbaycan sosial dövlətə doğru” mövzusunda layihəsi ilə əlaqədar bölgələrdə tədbirləri davam edir.

Sosialdovlet.az xəbər verir ki, 5 oktyabr 2022-ci il tarixində “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri, "Azərbaycan sosial dövlətə doğru” layihəsinin rəhbəri Faiq Əhmədovun başçılığı ilə layihə komandası Xaçmaz rayonuna səfər etmişdir.

Xaçmaz rayon, Heydər Əliyev Mərkəzinin Akt zalında, fəaliyyət planına uyğun olaraq, rayon ictimaiyyətinin, rəhbərlikdə təmsil olunan şəxslərin, şəhər sakinlərinin, şəhid və qazi ailə üzvlərinin iştirakı ilə geniş ictimai müzakirə təşkil edildi. İctimai müzakirədə Bakıdan gələn qonaqlarla yanaşı, Xaçmaz rayon İcra Hakimiyyətinin məsul şəxsləri Vətən müharibəsi qazisi, ehtiyyatda olan mayor Tariyel Didarov, Cavid Arzumanov, Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin direktoru, tərəqqi medallı Könül xanım Əskərova, 3 qat dünya çempionu, şəhid Kərəm Veyisovun anası, “Sosial Dövlət Naminə” İctimai Birliyin, Xaçmaz rayon üzrə Qadınlar Şurasının sədri Nərgiz xanım Veyisova həmçinin QHT-nin üzvləri, ictimai fəallar, qazilər, şəhid anaları və onların ailə üzvləri digər kateqoriyadan olan vətəndaşlar iştirak edirdilər.

Tədbiri “Sosial Dövlət Naminə” İctimai Birliyin sədri Faiq Əhmədov açaraq hər kəsi salamladıqdan sonra, Dövlət himni səsləndirildi.

Vətənimizin azadlığı uğrunda, ərazi bütövlüyümüzü qoruyarkən canını fəda etmiş şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi birdəqiqəlik sükutla yad edildi.

Faiq Əhmədov “Sosial Dövlət Naminə” İctimai Birliyinin son iki ildə gördüyü işlər haqqında məlumat verdi.

Natiq bildirdi ki, Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində müxtəlif istiqamətdə apardığımız geniş fəaliyyətin ictimai əhəmiyyəti çox yüksəkdir.

Şəhid və qazi ailə üzvlərinin qarşısında duran problemlərin həllində dövlətimizin həyata keçirdiyi proqramları hər zaman dəstəkləyirik.

Sosial sahədə Ümummilli Lider Heydər Əliyevin uğurlu siyasətini davam etdirən dövlət başçımız İlham Əliyevin həyata keçirdiyi proqramları xüsusi olaraq yada salmaq istəyirəm.

Bir İctimai Təşkilat olaraq hər zaman Prezident İlham Əliyevin sosial sahələrdə gerçəkləşdirdiyi siyasəti dəstəkləyirik. Təşkilatımızın üzvlərinin əsas hissəsi şəhid anaları, onların ailə üzvləri, qazilər, keçmiş hərbiçilərdir.

Hər zaman çalışırıq ki, onların qayğısına qalaq. Bu istiqamətdə həyata keçirdiyimiz tədbirlər zamanı əldə etdiyimiz təcrübələr bu layihəni həyata keçirən zaman bizim işimizə yarararlı oldu.

Sonra cıxış üçün söz təşkilatın sədr müavini, “Azərbaycan Sosial Dövlətə Doğru" kitabının redaktoru, şair-publisist Rauf İlyasoğluna verildi.

Rauf İlyasoğlu təşkilatın həyata keçirdiyi layihə barədə və eyni zamanda iştirakçılara təqdim edilən məlumatlandırıcı nəşrlər – kitabça və buklet haqqında ətraflı məlumat verdi.

Daha sonra Xaçmaz rayon İcra Hakimiyyətinin məsul şəxsləri Vətən müharibəsi qazisi, ehtiyyatda olan mayor Tariyel Didarov, Cavid Arzumanov, Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin direktoru, tərəqqi medallı Könül xanım Əskərova, 3 qat dünya çempionu, şəhid Kərəm Veyisovun anası, “Sosial Dövlət Naminə” İctimai Birliyin, Xaçmaz rayon üzrə Qadınlar Şurasının sədri Nərgiz xanım Veyisova, şəhid Rəhim İmamovun anası Yasəmən xanım İmamova, şəhid Sərxan Mirzəmmədovun anası Bibixanım xanım Mirzəmmədova, şəhid Fərid Seyfullayevin bacısı Fəridə xanım Seyfullayeva, II Vətən Müharibəsinin Qazisi Rəfail Aslanov, Xaçmaz Xalq Teatrının üzvü Dilarə xanım Rüstəmova, şair Məhərrəm Mustafayev, söz alaraq belə bir aktual layihəni dəstəklədiklərini bildirdilər.

Çıxışçılar vətəndaş və dövlət qurumlarının nümayəndələri arasındakı sivil münasibətlərə, sosial sahədə ölkədə görülən böyük işlər, qəbul edilən proqramlar, yeni imkanlar, həmçinin yaradılan şəraitdən faydalanma yolları haqqında geniş informasiyaları iştirakçılarla bölüşdülər.

Tədbirdə, eyni zamanda, Xaçmaz rayon sakinlərininn sualları cavablandırıldı, ictimaiyyətlə geniş fikir mübadiləsi aparıldı.

Sonda xatirə şəkilləri çəkildi, paylanma materialları, kitabçalar və bukletlər iştirakçılara hədiyyə olundu.

Bir daha qeyd edirik ki, “Sosial Dövlət Naminə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyilə “2022-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində 1 sentyabr – 1 noyabr tarixlərində həyata keçirilən ikiaylıq “Azərbaycan sosial dövlətə doğru” layihəsi ilə regionlarda davamlı tədbirlər keçirir.

İlahə Məmmədova
"Sosial Dövlət Naminə" İctimai Birliyinin,
İctimaiətlə Əlaqələr Şöbəsinin müdiri

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930