bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ərdoğan: “Türkiyənin raket istehsalı Yunanıstanı qorxudur”

12-12-2022, 10:26 35 dəfə baxılıb

Ərdoğan: “Türkiyənin raket istehsalı Yunanıstanı qorxudur”



"İndi biz raketlərimizi yaratmağa başlamışıq. Bu istehsal, təbii ki, yunanları qorxudur. "Tayfun” deyirsən, indi Yunanıstan qorxur, "Afinanı vuracaq” deyir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Samsun şəhərində keçirilən "Gənclik görüşü” tədbirində bildirib.

"Bir yerdə durmasan, ABŞ-dan adalar üçün nəsə almağa çalışsan, Türkiyə kimi bir ölkə, yəqin ki, görməzdən gəlməyəcək. ABŞ Suriyanın şimalına 4-5 min yük maşını silah və sursat göndərib. Bunu dəfələrlə deməyimə baxmayaraq, veclərinə almırlar. Elədirsə, öz göbəyimizi özümüz kəsəcəyik”, - dövlət başçısı bildirib.

Qeyd edək ki, Türkiyənin yerli istehsalı olan "Tayfun” 561 km mənzilli ballistik raketdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30