bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

ABŞ-dən rəsmi Bakıya ÇAĞIRIŞ

23-12-2022, 10:17 18 dəfə baxılıb

ABŞ-dən rəsmi Bakıya ÇAĞIRIŞ
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivanın Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla telefon danışığı baş tutub.

Bu barədə Ağ Evin yaydığı yazılı bəyanatda qeyd olunur.

Məlumatda bildirilir ki, Birləşmiş Ştatlar rəsmisi Bakı və İrəvanı gərginliyi azaltmağa, mehriban qonşuluq münasibətlərinin əsasına çevriləcək addımları nəzərdən keçirməyə çağırıb.

Telefon danışığı zamanı tərəflər sentyabrın 27-də Vaşinqtonda keçirilən birgə görüşdən sonra Avropa İttifaqının və ABŞ-nin dəstəyi ilə sülh danışıqlarında əldə olunan irəliləyiş ətrafında müzakirələr aparıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30