Şəhidlər unudulmur, unutdurmayacağıq!!!
Dəmir Yumruq Alfa-A cəmiyyətinin təşkilatçılığı ilə hazırlanmış "Şuşa sən azadsan" tədbirində
Zəfər yolunda Şəhid olan oğullarımızın xatirəsini yad etmək unutmamaq adına Şəhidlərimizin xatirəsi anıldı, Dövlət Himnimiz səsləndirildi. Tədbirə Qarabağı işğaldan azad etmək üçün Şuşada Şəhid olan oğullarımızın Anaları, qazilərimiz, Tarixçi Nazim müəllim, Milli Qəhrəman Şahlar Şükürovun bacısı 39 saylı Məktəbin direktoru Tahirə xanım, sayt rəhbərləri, ictimai birliklər və həmçinin bir çox şairlər ,yazarlar iştirak edirdilər.
Allah bütün Şəhidlərimizə rəhmət etsin, məkanları cənnət, ruhları şad olsun İlahi Amin.
Tədbirə qatılanlar Şəhid anaları Şəhidlərimizin haqda danışaraq Dövlət Başçımıza, dövlət qurumları tərəfindən onlara ayrılan diqqət və qayğı üçün minnətdar olduqlarını bildirdilər. Sonda isə həm Şəhid analarına həm də tədbirə dəvətli olan media mənsublarına Fəxri diplomlar təqdim edildi, həmçinin biz də təltif edildik, yəni Yazıçı-jurnalist İradə xanım Qaracallı və mən.
Bir qərib məzarda yatan Şəhidim.
Şəhidlər məzarı qarşısında mən,
Baş əydim, qəlbimdə min bir yarayla.
Ruhunu oxşayıb qərib məzarın,
Səs saldım gecəyə ahla fəğanla.
Qərib bir məzarda yatan Şəhidim,
De mənə qəlbindən keçənləri sən.
Qərib bir məzarda yatan Şəhidim,
Qaldımı qəlbində son arzu, istək?
Sən getdin qəlbində Vətən eşqiylə,
Sözsüz ki, ucaldın gözlərimdə Sən.
Həsrətlə həyata baxmağa dəyməz,
Deyəsən 45-i haqlamışam mən!
Qərib bir məzarda yatan Şəhidim,
Unutmaz bu Vətən, bu ellər Səni.
Səndən xatirə qalan bir nəğmə,
Vətən sevgisini yaşatmaq üçün,
Hədiyyə olundu ömürlük mənə.
MƏNİM AZƏRBAYCANIM,
ŞƏRƏFİM, ŞÖHRƏTİM-ŞANIM ! ! !
Şəhla Yaşar Qəmbərova
27.12.2020 ci il Bakı şəhəri.
Maddi və mənəvi dəyərlərimizə dəyər verən, bu tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə, özəlliklə Tarixçi Alim Nazim müəllimə, Dəmir Yumruq Alfa-A cəmiyyətinin sədri və tədbirin aparıcısı Ülviyyə xanım Əsədovaya, Milli Qəhrəman Şahlar Şükürovun bacısı Tahirə xanıma minnətdarıq.
Şəhidlər unudulmur, unudulmayacaq!!!
Allah bütün Şəhidlərimizə rəhmət etsin!!!
Tədbirə Bizimlider.com saytının rəhbəri Yazar-jurnalist İrada Qaracallının dəvəti ilə gəlmişdim. Xüsusən İrada xanıma dərin minnətdarlığımı bildirirəm. Dost dosta tən gərək tən olmasa gen gərək deyib Atalarımız.
Hörmətlə , "Qızıl Qələm" media mükafatı laureatı Şəhla Yaşar qızı Qəmbərova (Şəhla Yaşar)