bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Prezidentin Naxçıvandakı nümayəndəsi: “Yerlərdə məmurların vəzifələrdən sui-istifadə etməsi halları var”

29-12-2022, 10:20 21 dəfə baxılıb

Prezidentin Naxçıvandakı nümayəndəsi: “Yerlərdə məmurların vəzifələrdən sui-istifadə etməsi halları var”
“Yerlərdə məmurların vəzifələrdən sui-istifadə etməsi halları var”.

“Report” xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Kəngərli rayonunda sakinlərlə görüşdə bildirib.

O, Prezident İlham Əliyevin salamlarını rayon ictimaiyyətinə çatdırıb.

Dövlət başçısının rəhbərliyi ilə Kəngərli rayonunun inkişafı sahəsində görülən işlərdən danışan Fuad Nəcəfli bununla yanaşı, yerlərdə məmurlar tərəfindən vəzifələrdən sui-istifadə hallarının olduğunu, vətəndaşların hüquqlarının pozulduğunu, sahibkarlıq fəaliyyəti üçün manelərin yaradıldığını qeyd edib.

Sonra sakinlərin müraciətləri dinlənilib.

F.Nəcəfli görüşdə iştirak edən bütün sakinlərə təşəkkürünü bildirib, problemlərin qısa müddətdə aid dövlət qurumları ilə birlikdə araşdırılıb həll olunacağını qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031