Azərbaycanda bir ailənin 5 üzvü dəm qazından zəhərləndi
Bərdədə bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.
“Report” xəbər verir ki, hadisə dekabrın 29-da rayonun Körpüqıran kəndində qeydə alınıb.
Belə ki, Körpüqıran kənd sakinləri - 2018-ci il təvəllüdlü Y.Həsənli, 1987-ci il təvəllüdlü Həsənova Asimə Ələkbər qızı, 2012-ci il təvəllüdlü M.Həsənli, 1957-ci il təvəllüdlü Həsənova Fatma Mətiş qızı və 1983-cü il təvəllüdlü Həsənov Aqil Azər oğlu dəm qazından zəhərlənmə diaqnozu ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Həmin şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı Bərdə Rayon Polis İdarəsində araşdırma aparılır.