bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

"McDonald's" şirkəti bu ölkəni tərk edə bilər

5-01-2023, 10:19 21 dəfə baxılıb

"McDonald's" şirkəti bu ölkəni tərk edə bilər


Amerikanın “McDonald's” şirkəti Qazaxıstanı tərk etmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən xəbər verir.

Bildirilir ki, respublikada Amerika “fast food” restoranları şəbəkəsinin mümkün bağlanmasının əsas səbəblərindən biri ərzaq təchizatında yaranan fasilələrdir. “McDonald's” rəhbərliyi Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başladıqdan sonra Qazaxıstanda 24 “McDonald's” restoranının sahibi olan yerli "Food Solutions KZ LLP" şirkətinə Rusiyadan ət məhsulları almağı qadağan edib.

Agentliyin məlumatına görə, Qazaxıstan şirkəti tədarük zəncirini yenidən qura bilməyib. Çünki məhsulların Avropadan alınması və daha yüksək qiymətə çatdırılması Qazaxıstandakı restoranların zərərlə işləməsinə gətirib çıxaracaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031