bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bəşəriyyətin gələcəyi böyük təhlükə altındadır

12-01-2023, 12:17 13 dəfə baxılıb

Bəşəriyyətin gələcəyi böyük təhlükə altındadır



Araşdırmaya görə, dünya üzrə okeanların temperaturu 2022-ci ildə rekord səviyyəyə çatıb. Bu vəziyyətin iqlim sistemində dərin dəyişikliklərə səbəb olacağı gözlənilir.

Publika.az xəbər verir ki, dünyada dərinləşən iqlim böhranı səbəbindən bir çox mənfiliklər yaşanır. İqlim sistemində dərin dəyişikliklərə səbəb olacağı düşünülən başqa bir vəziyyət okean temperaturunda rekord artımdır.

Bir çox elm adamından ibarət bir qrup tərəfindən aparılan araşdırmada, insanların atdığı tullantıların yaratdığı istiliyi özünə çəkən okeanların 2022-ci ildə ən yüksək temperatura çataraq, iqlimdə dərin dəyişikliklərə səbəb olduğu bildirilib.

Qlobal istiləşmənin yüzdə 90-dan çoxunun okeanlara getdiyini ifadə edən Tomas Universitetinin proffessoru Con Abraham deyib ki, okeanların istiləşməsi səbəbindən daha ekstremal hava şəraiti yaşayırıq. Bunun bütün dünyada dəhşətli təsirləri var.

1958-ci ildən əldə edilən qeydlər 1990-cı ildən sonra okeanın temperaturunun əhəmiyyətli dərəcədə artdığını, istiləşmənin sürətləndiyini göstərir.

Araşdırmaya görə, okeanların istiləşməsi və ekstremal hava şəraitinə təsirləri bəşəriyyət xalis sıfır emissiya səviyyəsinə çatana qədər artacaq.

Bildirilib ki, orta enlik Sakit və Atlantik okeanlarında intensiv istiləşmə ilə Şimal yarımkürəsində rekord qıran istilik dalğaları və quraqlıq hadisələri artıb.

Sözügedən araşdırma "Atmosfer elmlərində irəliləyişlər" ("Advances in Atmospheric Sciences") jurnalında dərc olunub






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930