bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Baxmut uğrunda döyüşlərdə iki azərbaycanlı yaralandı

16-01-2023, 08:37 16 dəfə baxılıb

Baxmut uğrunda döyüşlərdə iki azərbaycanlı yaralandı



Baxmut uğrunda döyüşlərdə iki soydaşımız – Roma Rəhman oğlu Babaşov və Murad Sübhi oğlu yaralanıb.

Publika.az xəbər verir ki, bu sözləri Odessada Azərbaycanlıları diaspora təşkilatının sədr müavini Anar Natiqoğlu sosial mediada məlumat paylaşıb.

O, bildirib ki, Rovno şəhər sakini, 30 yaşlı gizi Roma Babaşovun durumu kafidir, Odessada yaşayan gənc zabit Murad Sübhi oğlu isə Dnepr hospitalına yerləşdirilib. 23 yaşlı baş leytenantın yaraları çoxdur.

Qeyd edək ki, onların hər ikisi əslən Bərdə rayonundandırlar.

Bundan başqa A.Natiqoğlu qeyd edib ki, SOCAR Ukrayna Dnepr şəhərindəki faciənin nəticələrini ortadan qaldıran müxtəlif xidmətlərə növbə dəyişikliyi zamanı dincəlmək və pulsuz qida təminatı həyata keçirir.

“Şəhər meri Boris Filatov bütün xidmətlərin nümayəndələrinin növbəni bitirdikdən sonra Şinnaya-14-də qidalana və dincələ biləcəklərini bildirib”, - o qeyd edib.

Qeyd edək ki, Rusiya ötən gün Dneprdə yaşayış binasına zərbə endirib. Nəricədə 29 nəfər ölüb, onlarla insan yaralanıb.

Hazırda dağıntılar altında insanların qaldığı bildirilir






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031