bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanda arılar kütləvi surətdə qırıla bilər

30-01-2023, 13:34 2 dəfə baxılıb


Azərbaycanın Gürcüstanla sərhədyanı ərazilərində yayılmış qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ölkədə arıların kütləvi surətdə qırılmasına səbəb ola bilər.

Bunu “Report”a açıqlamasında “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Bədrəddin Həsrətov bildirib.

‘‘Həmin zərərvericiyə qarşı Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi dərmanlama yolu ilə birgə mübarizə tədbirləri həyata keçirirlər. Bu isə kütləvi arı qırğınlarına səbəb ola bilər. Gürcüstanda artıq bu problem yaşanıb. Biz istərdik ki, bioloji mübarizə tədbirlərinə üstünlük verilsin. Bilirik ki, qəhvəyi mərmər bağacığı təbiətə ziyandır. Amma yenə də bunun digər bioloji mübarizə yolları da var.

Dərmanlama, yəqin ki, arıçılığa ziyan vuracaq, biz bundan çox narahatıq. Təklifimiz həm də budur ki, dərmanlama işi bizimlə koordinasiya olunsun. Yəni ərazilər dərmanlanan zaman bizə xəbərdarlıq edilsin ki, arılarımızı həmin ərazilərdən uzaqlaşdıraq’’, - deyə o qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031