bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Polşanın eks-prezidenti: “Ukrayna Avropanın ən güclü ordusuna çevriləcək”

11-02-2023, 10:23 2 dəfə baxılıb


“Rusiyanın başlatdığı müharibənin nəticələrinə görə, Ukrayna Avropanın ən güclü ordusuna çevriləcək”.

Polşanın keçmiş prezidenti (1995-2005) Aleksander Kvasnevski “Rzeczpospolita”ya müsahibəsində bu fikirdə olduğunu bildirib.

O qeyd edib ki, Ukrayna hərbçiləri yeni texnikanı yaxşı mənimsəyirlər.

“Bu müharibə başlayandan ukraynalılar əldə etdiklərinin hamısından istifadə etməyi bacarıblar. Qərbin qorxduğu heç nə olmadı: boşuna verilən pullar, silahlar və s. haqqında təxminlər özünü doğrultmadı. Ukraynalılar onlara verilənlərdən necə istifadə etməyi bilirlər, onlardan görkəmli döyüşçülər yetişir... Şübhə yoxdur ki, bu müharibə başa çatdıqdan sonra biz Avropanın ən güclü və təcrübəli ordusuna malik olacağıq – bu da Ukrayna ordusu olacaq”, - deyə o vurğulayıb.

Aleksander Kvasnevski həmçinin hesab edir ki, müharibədən sonra Ukraynanın NATO-ya daxil olması qaçılmaz olacaq.

“Təhlükəsizlik və baş verənlər səbəbindən Ukrayna bizə lazım olacaq”, - deyə o əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930