bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İmişli sakinindən iki kiloqramdan artıq narkotik götürülüb

17-03-2023, 10:05 1 dəfə baxılıb





İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə qeyd edilən qanunsuz əməllə məşğul olan rayon sakini Elməddin Fərəcov saxlanılıb.

Şöbə əməkdaşları tərəfindən onun üzərinə keçirilən baxış zamanı 8 qrama yaxın heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq E.Fərəcovun yaşadığı evə baxış zamanı isə əlavə 2 kiloqram 315 qram marixuana aşkarlanıb.

Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031