bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Yer kürəsində güclü geomaqnit qasırğası müşahidə edilir: XƏBƏRDARLIQ - VİDEO

26-03-2023, 09:46 1 dəfə baxılıb


Yer kürəsində güclü geomaqnit qasırğası müşahidə edilir.

Qasırğanın 3 gün davam edəcəyi proqnozlaşdırılır.

Xezerxeber.az-ın məlumatına görə, Coğrafiya İnstitunun şöbə müdiri Ənvər Əliyev deyir ki, son günlər Günəşin daxilindəki aktivlik geomaqnit qasırğası ilə nəticələnib. Günəşdə bu proses hər 11 ildən bir təkrarlanır. Günəş səthinin maqnit ləkələri ilə örtülü olan hissəsində partlayış nəticəsində əmələ gələn qızmar buludlar yer kürəsinə yayılır. Bu proses həm kommunikasiya xətlərinə, süni peyklərin orbitinə, eləcə də insanların sağlamlığına təsir edir.

Həkim- terapevt Sübhan Hacıyev isə geomaqnit qasırğası ilə bağlı meteohəssas insanlara xəbərdarlıq edib. O deyib ki, qasırğa baş verən zaman xüsusilə xroniki ürək damar xəstələyi olan və arterial təzyiqdən əziyyət çəkən insanlar diqqətli olmalıdırlar. Geomaqnit qasırğası hətta ölümə də səbəb ola bilər.
Həkim bildirib ki, son günlər geomaqnit qasırğasının törətdiyi fəsadlarla bağlı xəstəxanaya müraciət edənlərin sayı çoxalıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031