Azərbaycan kəşfiyyatı İrəvanda... – Erməniləri qorxuya salan “Qarabağ” adı - VİDEO
İrəvanda erməniləri “Azərbaycan kəşfiyyatı buradadır” qorxusu bürüyüb.
Publika.az xəbər verir ki, buna səbəb “Meqamall” ticarət mərkəzində baş verənlərdir.
Ermənistan mediasının məlumatına görə, ticarət mərkəzində restoranların birinin Wi-Fi adı “Qarabağ Azərbaycandır – FenixBaku” olaraq dəyişdirilib. Bunun kimlər tərəfindən edildiyi bilinmir. Lakin ərazidə internetdən istifadə edən insanlar narahat olub və müdaxilənin haradan gəldiyini öyrənmək üçün təhlükəsizlik orqanlarına müraciət ediblər.
Əsas diqqətçəkən məqam odur ki, həmin ərazidə mövcud olan digər Wi-Fi adlarına toxunulmayıb, yalnız birinin adı dəyişdirilib. Wi-Fi adı “Qarabağ Azərbaycandır – FenixBaku” olaraq dəyişdirilən “Balina” restoranı 44 günlük müharibə zamanı Hadrutdan Ermənistana qayıdan ailəyə məxsusdur. Bu məqam erməniləri xüsusilə narahat edib və “Azərbaycan kəşfiyyatı buradadır” müzakirələrinə səbəb olub.