bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

MM-in sədr müavini: “İslam dünyasına xəyanət edən dövlət İrandır”

7-04-2023, 13:09 3 dəfə baxılıb





“İslam dünyasına xəyanət edən dövlət İrandır”.

“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin sədr müavini Fəzail İbrahimli parlamentin aprelin 7-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu günədək bir neçə müsəlman ölkəsi İsraildə səfirlik açıb:

“Ancaq Azərbaycanın İsraildə səfirlik açması İranı niyə özündən çıxarır?! Bu da azmış kimi, ölkəmizə qarşı təhdid, şantaj xarakterli bəyanat yayır. Utanmaz kimi bəyanatda qeyd edirlər ki, guya Azərbaycan hökuməti islam dünyasının tələblərinə zidd hərəkət edərək Qüdsdə səfirlik açıb. İran, sənin açdığın səfirliklər məgər islam dünyasına zidd deyil?! Riyakarlıq ayaq tutub yeriyə bilməz. İran Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı susdu. Bilirsiniz, maska nə zaman cırıldı? Azərbaycan öz əzəli torpaqlarını işğaldan azad edəndə”.

F.İbrahimli vurğulayıb ki, İran parlamentində bu kimi addımlarla Azərbaycan xalqında müəyyən fikir ayrılıqları yarada biləcəklərini düşünürlər:

“Buradan onlara səslənirəm ki, unudun bu məsələləri. Çünki zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan xalqı bütöv və əyilməzdir. Azərbaycan dövləti güclü və bütövdür. Hakimiyyət və xalq arasında birlik var. Hesab edirəm ki, İranın sinəsini dağlayan məqam da məhz bunlardır. İran parlamentinin yaydığı bəyanat saxta və yalandır. İslam dünyasına xəyanət edən dövlətin özü də məhz İrandır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930