bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Deputat: “İranın səfirlik adlanan casus və intriqa yuvası bağlanmalıdır”

7-04-2023, 13:09 2 dəfə baxılıb




“İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açmasına etiraz bəyanatı qəbul etməsi heç bir siyasi və diplomatik etikaya sığmır”.

“Trend”in məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, son vaxtlar İrandakı fars rejiminin ölkəmizə qarşı təxribatçı və düşmənçilik hərəkətlərinin davamlı şəkil alması qonşuluq münasibətlərini heçə endirir.

“Deputat həmkarımız Fazil Mustafaya qarşı törədilən terror aktı, bundan bir az əvvəl Tehrandakı səfirliyimizə xain hücum, İran rəsmilərinin ölkəmizə qarşı söylədikləri arasıkəsilməz hədyanlar, İranın Ermənistanla münaqişənin həllində, xüsusilə Zəngəzur dəhlizi barəsində tutduğu destruktiv mövqe onu göstərir ki, bu dövlətin başında dayanan şovinist fars-molla rejimi xain və çirkin əməllərindən əl çəkmək niyyətində deyildir. İran rejiminin bu mövqeyi bizi dövlətlər arası münasibətlərimizə yenidən baxmağa məcbur edir.

Görəsən İran siyasətçiləri fərqindədirlərmi ki, ətraflarındakı heç bir müsəlman dövlətləri ilə dostluq münasibətləri yoxdur. Yalnız işğalçı və terrorçu Ermənistandır İranın dostu”, - deyə M.Quliyev bildirib.

O qeyd edib ki, 30 il ərzində İran Qarabağda müsəlman qəbirlərinin dağılmasına biganə qaldı, məscidlərin dağıdılmasına, Allahın evində donuz saxlayanlara etiraz səsini qaldırmadı.

“Dünən İranın 4 nəfər diplomatı casusluq fəaliyyətinə görə “persona non grata” (“arzuolunmaz şəxs”) elan edilib. Mən hesab edirəm ki, qalan əməkdaşları da rədd olub getməlidir və o səfirlik adlanan casus və intriqa yuvası bağlanmalıdır.

İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunan terrorçuların və təxribatçıların qısa müddət ərzində aşkarlanıb tutulması Azərbaycanın hüquq-mühafizə orqanlarının yüksək peşəkarlığının göstəricisidir. Göstərdikləri operativliyə və peşəkarlığa görə DTX, DİN və Baş Prokurorluq rəhbərliyinə və əməkdaşlarına minnətdarlığımı bildirirəm.

Bu birgə əməliyyat bir daha göstərdi ki, Azərbaycan güclü dövlətdir, asayişin mühafizəsi etibarlı əllərdədir və heç bir düşmən qüvvə ictimai sabitliyi pozmağa nail ola bilməyəcəkdir.

Hesab edirəm ki, terrorçu-təxribatçı qrup və şəbəkə daha geniş şəkildə üzə çıxarılmalı, maliyyələşdirmə mənbələri, bütün əlaqələri, müxtəlif özəl və dövlət qurumlarına sızıntıları aşkarlanmalı və təhlükəsiz vəziyyətə gətirilməlidir.

Dini inanclı insanlarımızın radikallaşdırılmasına aparan bütün yollar bağlanmalıdır.

İran siyasətçiləri anlamalıdırlar ki, demokratik hüquqi suveren Azərbaycan dövlətini təhdid etmək fars-molla rejiminin nə başı, nə əmmaməsi üçün deyildir.

Hər kəs bilməlidir ki, Azərbaycan güclü dövlətdir, ölkədə olduqca möhkəm və etibarlı Prezident- Xalq birliyi mövcuddur və heç bir qüvvə bizim iradəmizi sarsıda bilməz”, - deyə o əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930