ATƏT-in sədri: Azərbaycanlıları və erməniləri narahat edən narazılıqların dinc yolla həllini hədəfləyirik
Şimali Makedoniya ATƏT-ə sədrliyi dövründə Azərbaycan və Ermənistan arasındakı narazılıqların dinc və hərtərəfli nizamlanmasını hədəfləyir.
APA-xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri Bujar Osmani Tvitter paylaşımında qeyd edib
"Biz ATƏT-in fəaliyyətdə olan sədri kimi azərbaycanlıları və erməniləri narahat edən narazılıqların dinc, hərtərəfli və dayanıqlı nizamlanmasını hədəfləyirik",- deyə Bujar Osmani paylaşımında bildirib