Fransanın simasızlığı: Paris maddi maraq naminə
Ukraynaya sursat tədarükünün qarşısını alır
Polşa Mətbuat Agentliyinin məlumatına görə, Fransa Ukrayna üçün sursat alınması məqsədilə Aİ-nin vəsaitinin ayrılmasına mane olan yeganə Avropa İttifaqı (Aİ) ölkəsidir.
Məlumata görə, bu layihəni maliyyələşdirmək üçün 2 milyard avro xərclənməlidir. Avropa anbarlarında kifayət qədər mərmi olmadığından, Aİ onları başqa ölkələrdən almalıdır.
Lakin Fransa belə bir sxemə qarşı çıxır. Paris öz maddi mənfəəti naminə Ukraynaya lazım olmayan silahları da ölkəyə tədarük etməyi tələb edir.
“Hazırda bu məsələ ilə bağlı danışıqlar aparılır”, - Aİ-dəki mənbə bildirib.
Bəzi avropalı diplomatların fikrincə, Fransanın qərarının arxasında silah şirkətləri tərəfindən lobbiçilik dayana bilər. Belə ki, Makron hökuməti Ukrayna tərəfinə əslində lazım olmayan texnikanı da məcburən sifariş etdirmək istəyir.