bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Tərtərdə mina partlayışında həlak olanların qohumu: “Onlar qısa müddət idi ki, işə düzəlmişdilər”

29-04-2023, 14:36 3 dəfə baxılıb


“Tərtərdə mina partlayışında həlak olanlar qısa müddət idi ki, işə düzəlmişdilər.

Bu barədə həlak olanların yaxın qohumu Telman Zeynalov “Report”a bildirib.

T.Zeynalov qeyd edib ki, onlar hər ikisi minatəmizləmə sahəsində çalışırdılar:

“Qısa müddət idi ki, işə düzəlmişdilər. Hər ikisi dronla mina axtarma üzrə operator işləyirdilər. Minaya düşdükləri sahədə əmək fəaliyyətilə məşğul olublar. Onlar idarənin xidməti avtomobili ilə minaya düşüblər. Ehtimal ki, bu, tank əleyhinə mina olub”.

Qeyd edək ki, bu gün Tərtərin işğaldan azad edilən Talış kəndində minaya düşərək həlak olan şəxslərdən ikisi - Gözəlov Səxavət İsmayıl oğlu və Yusifov Nadir Pənah oğlu Füzuli rayonunun Əhmədalılar kəndinin sakinləridir.

Minaya düşənlərin nəşi hadisə yerindən götürülüb. Partlayış nəticəsində həlak olanlar Tərtər şəhər xəstəxanasının morquna yerləşdiriliblər. Həlak olanların biri Sumqayıt sakinidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031