Mövlud Çavuşoğlu: “Ermənistan gərginlik yaradır, Qarabağa silah daşıyır”
“Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan və Türkiyə Ermənistanla münasibətlərin normallaşmasını istəyir”.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan Ermənistana sülh təklif edib:
“Ermənistan başqasının torpağından çıxarılmağı həzm edə bilmir. Ermənilər gərginlik yaradır, Qarabağa silah daşıyırlar”.