bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Rusiyanın Aİ tərəfindən dondurulan 24 milyardlıq aktivlərinin aqibəti necə olacaq?

12-05-2023, 10:54 2 dəfə baxılıb


Avropa İttifaqı hazırda Rusiya vətəndaşları və şirkətlərinin 24,1 milyard avro dəyərində aktivlərini dondurub, lakin birliyin onların müsadirəsi üçün hüquqi əsası yoxdur.

Bunu cümə axşamı Brüsseldə keçirdiyi brifinqdə Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand deyib.

“İndiki mərhələdə Aİ qara siyahılara daxil edilmiş fiziki şəxslərin və ya şirkətlərin 24,1 milyard avro dəyərində aktivlərini bloklayıb. Bu aktivlər dondurulmalıdır, lakin müsadirə oluna bilməz, bunun üçün heç bir hüquqi əsas yoxdur. Lakin biz artıq qabaqcıl mərhələdə olan sanksiyalardan yayınmanın cinayət məsuliyyətinə cəlb edilməsi təklifi üzərində işləyirik. Sanksiyadan yayınma faktı müəyyən edilərsə, aktivlər müsadirə oluna bilər. Bunun qanunun aliliyinə uyğun olması lazımdır”, - o deyib.

Qeyd edək ki, mayın 10-da ABŞ-nin Baş prokuroru Merrik Qarland rusiyalı oliqarx, “Tsarqrad” telekanalının təsisçisi Konstantin Malofeyevin 5,4 milyon dollar məbləğində aktivlərini müsadirə edib Ukraynaya köçürmək barədə qərarını açıqlamışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031