Zelenski: “Rusiyaya sülh yox, raketlər və yeni hücum üçün vaxt lazımdır”
"Rusiyaya sülh yox, yeni hücuma hazırlaşmaq üçün vaxt lazımdır. 21-ci əsr işğalçı ölkənin dəyişməz siyasəti üçün sonuncu əsr olmalıdır”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Strategic Ark 2023” konfransının iştirakçılarına müraciəti zamanı söyləyib.
"Rusiyaya sülh yox, zaman lazımdır - yeni raketlər, yeni plan, yeni hücum üçün. Bu, əsrlər boyu dəyişməmiş Rusiya siyasətinin düsturudur. 21-ci əsr həmin əsrlərin sonuncusu olmalıdır. Ukraynanın sülh düsturunda bunun həyata keçirilməsi üçün mexanizmlər, təhlükəsizlik təminatları var ki, bu, heç vaxt baş verməsin”, - dövlət başçısı qeyd edib.