Moskvada Bakı-İrəvan danışıqları: Rusiyanın vasitəçiliyi ilə nəyə nail olundu? - VİDEO
Rusiyanın Xarici İşlər Nazirliyinin Qəbul Evi növbəti dəfə Bakı-İrəvan danışıqlarına ev sahibliyi edib.
İTV-nin hazırladığı süjetdə qeyd edilir ki, Morozovların malikanəsi adlanan və XIX əsrə aid bu tarixi bina Azərbaycanın qələbəsi ilə bitən İkinci Qarabağ müharibəsindən sonra iki ölkə arasında sülh müqaviləsinin hazırlanması prosesinə şahidlik edir.
Üçtərəfli və ikitərəfli danışıqlardan öncə Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı və erməni həmkarları ilə ikitərəfli görüşlər keçirib.
Danışıqların nəticəsi ilə bağlı İTV-nin süjetini təqdim edirik: