Azərbaycan ordusunun antiterror əməliyyatı: Başlamağı ilə bitməyi bir olacaq
Azərbaycan tərəfinin verdiyi təkliflərə cavab olaraq erməni silahlılarının həm yeni mövqelər inşa etməsi, həm də intensiv şəkildə atəşkəsi pozması ondan xəbər verir ki, erməni tərəfi Azərbaycanın verdiyi təklifləri qəbul etmək niyyətində deyil”.
Bu sözləri Publika.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, belə olan halda Azərbaycan tərəfi erməni silahlılarını öz ərazilərindən təmizləmək hüququna malikdir:
“Qarabağda yerləşən istənilən silahlı erməni terrorçusu Azərbaycan ordusu üçün artıq legitim hədəf elan oluna bilər. Hazırda Qarabağda mövcud olan 10000 nəfərlik terrorçu dəstənin Azərbaycan ordusuna qarşı hansısa aktiv fəaliyyətləri mümkün görünmür. Daha əvvəl həyata keçirdiyimiz əməliyyatlar zamanı da bu terrorçular Azərbaycana qarşı heç bir müqavimət göstərə bilməyiblər.
Belə olan halda Azərbaycan ordusunun rusların müvəqqəti nəzarətində olan istənilən ərazidəki əməliyyatı həm uğurla, həm də ən qısa zamanda başa çatdırmaq potensialına malik olduğu kimsədə şübhə doğurmur