bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Antiterror əməliyyat planı masada: Qısa zamanda icra olunacaq – Polkovnik AÇIQLADI

8-06-2023, 13:00 4 dəfə baxılıb







Azrbaycan ərazisində müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının nəzarəti altında olan bölgələrdə qanunsuz erməni silahlılarının yenidən özləri üçün hərbi mövqelər qurması mümkün deyil. Bunun qarşısı qəti şəkildə alınır. Çünki burada mühəndis-istehkam, yəni fortifikasiya işləri uzunmüddətli müdafiə üçündür. Bura səngərlər, müdafiə zonaları daxildir. Hətta tank əleyhinə xəndəklərin qazılması da bura aiddir.

Turantv.AZ bildirir ki, bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Şair Ramaldanov deyib.

O qeyd edib ki, qanunsuz erməni silahlıları 30 ildən çoxdur bu cür fortifikasiya işləri aparır:

“Çünki burada əsgər dayanırsa, onun üçün mütləq ki, müdafiə imkanları təmin olunur. Amma bütün bunlar Azərbaycan Ordusunun mümkün həmləsinə qarşı keçərli və dayanıqlı deyil. 30 il onlar burada özləri üçün səngər qazdılar, sədlər qurdular. Nəticədə, Azərbaycan Ordusu 44 gündə bütün bu istehkamları darmadağın etdi”.

Hərbi ekspert hesab edir ki, hazırda Qarabağda yaşayan dinc ermənilər əslində Azərbaycana reinteqrasiya olmaq, normal şəraitdə yaşamaq istəyir:

“Amma buna qarşı çıxan separatçılar mümkün qədər sadə ermənilərin Azərbaycan bayrağı altında yaşamasına maneçilik törədir. Separatçılara isə bu işdə ərazidə olan rus sülhməramlıları kömək edir. Əgər Qarabağda yaşayan ermənilər Azərbaycana reinteqrasiya olsa burada rus sülhməramlılarının mövcudluğuna ehtiyac qalmayacaq. Ona görə də, rus sülhməramlıları separatçıları müəyyən məsələlərdə təxribata təşviq edir”.

Polkovnikin fikrincə, Azərbaycan dövlətinin sözsüz ki, bu kimi təxribatlara sona kimi səbrlə yanaşmaq niyyəti yoxdur:

“Ona görə də, Ermənistana məxsus qanunsuz silahlılara və separatçılara qarşı Azərbaycanın sərt addımlar atması təbiidir. Çünki bu təxribatlara son qoymaq üçün antiterror əməliyyatlarının icrası qaçılmazdır. Azərbaycanın antiterror əməliyyat planı masa üstündədir. Hər an Azərbaycan Ordusu öz ərazisindəki qanunsuz silahlılara qarşı antiterror əməliyyatı apara bilər. Antiterror əməliyyatlarının aparılması ilə bağlı qərar verildiyi təqdirdə Silahlı Qüvvələrimiz qısa zamanda orada olan bütün qanunsuz silahlıları təksilah etməyə qadirdir. Əslində bunu ermənilər və rus sülhməramlıları da yaxşı bilir”.

Şair Ramaldanova görə, sadəcə olaraq Azərbaycan üçtərəfli bəyanatın bəndlərinin sona kimi icrasını tələb edir:

“Bu olmayacağı təqdirdə Azərbaycan məsələ ilə bağlı konkret vaxt müyyənləşdirib orada olan erməni hərbçilərin tərksilah edilməsini tələb edəcək. Onlar buna əməl etməyəcəyi təqdirdə Azərbaycan güc variantından istifadə edəcək. Bu, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən hüququdur. Əgər bir ölkə daxilində onun qanunlarına tabe olmayan silahlı varsa, o terrorçu hesab edilir. Belə olduğu bütün dünyada terrora qarşı qəbul edilmiş ən təsirli variant olan güc tətbiq olunur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930