XİN sözçüsü: “Ermənistanla danışıqların növbəti raundu üçün görüşlər sabah başlayacaq”
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla danışıqların növbəti raundunda iştirak etmək üçün ABŞ-yə işgüzar səfər edib.
Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, danışıqların növbəti raundu üçün görüşlərin sabah keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 12-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.
Tərəflər arasında son görüş mayda keçirilib.