bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Xankəndidəki dəstələr tərk-silah edilir - Qriqoryanın təcili səfərinin sirri

6-07-2023, 14:13 3 dəfə baxılıb




Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ-a tələsik səfəri Qarabağda (qondarma) “müdafiə ordusu”nun təcili şəkildə ləğv edilməsi ilə bağlı idi. Bu, Azərbaycanın əsas tələbidir”.

Publika.az xəbər verir ki, bu barədə erməni ekspert Artur Tovmasyan deyib.

Onun sözlərinə görə, bu haqda ona məlumatlı mənbələr informasiya ötürüb.

“Qərbin təzyiqi ilə İrəvan Araik Arutyunyanı “müdafiə ordusu”nu tərk-silah etməyə inandıracaq. Bunun qarşılığında “artsax rəhbərliyinə” təhlükəsizlik zəmanətləri veriləcək. Bu məsələnin həyata keçirilməsi üçün ABŞ-da konkret addımlar müzakirə olunur”, - o bildirib.

Qeyd edək ki, xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən danışıqlarından sonra Armen Qriqoryan ABŞ-a gedib və Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930