bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

QANUN ŞAHDIR, ŞAH QANUN DEYİL

28-07-2023, 13:26 38 dəfə baxılıb


Notariat vo vətəndaşlıq vəziyyəti aktları orqanlarının iqtisadi va huquqi proseslərin tənzimlənməsində mühüm əhəmiyyəti nəzərə alınaraq bu orqanlarda da əsaslı islahatlar həyata keçirilmiş, onların fəaliyyətinin yeni dövrün tələblərinə uyğunlaşdırılması diqqət mərkəzində olmuşdur.

Bütün sahələrdə əhalinin rifahının, onlara göstərilən hüquqi xidmətin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayan Ulu Öndərin "Azərbaycan Respublikasında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı işinin təkmilləşdirilməsi haqqında" 31 iyul 2002-ci il tarixli Fərmanı ilə qeydiyyatla bağlı bəzi səlahiyyətlər yerli icra hakimiyyətlərinə verilmiş, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının səyyar şəkildə də aparılması qaydaları müəyyən edilmişdir. Bu gün işlərini günün tələbləri səviyyəsində quran Notariat orqanları əhaliyə yüksək səviyyədə xidmət göstərir Belə notariat kontorlarından olan 25 saylı Bakı Şəhər Notariat Kontorunun notariusu Fuad Səfərov işlədiyi müddət ərzində əhalinin böyük hörmətini qazanmaqdadır. Yaxşı işi ilə hörmət qazanan Fuad müəllim bundan öncə Ədliyyə Nazirliyində çalışıb. Hərbi xidmətini başa vurduqdan sonra müsabiqə yolu ilə 2016-cı ildən isə notariat kontorunda çalışır. Kiçik ədliyyə müşaviri, hüquq üzrə fəlsəfə doktoru, 2015-ci ildən isə elmi dərəcəyə layiq görülən Fuad müəllimə iş üçün müraciət edən hər kəs onun səmimiliyindən, tələbkarlığından və savadından ağızdolusu danışır.

Bu gənc kadra sevib-seçdiyi peşə yollarında uğurlar diləyirik.


Ceyhun Vaqifoğlu






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930