Bakıda narkoz üçün iynə vurulan xəstə öldü
Bakıda xəstə anesteziya zamanı ölüb.
Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonunda baş verib.
3 saylı Şəhər Klinik Xəstəxanasında əməliyyata hazırlanan 58 yaşlı Elxan Mirzə oğlu Xələfov narkoz üçün iynə vurulan zaman ölüb.
Fakt üzrə araşdırma aparılır.