bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Aİ müalicə üçün 2400-dən çox ukraynalını qəbul edib

7-08-2023, 08:54 0 dəfə baxılıb





Aİ-nin 27 ölkəsindən 21-də 2400-dən çox Ukrayna vətəndaşı müalicə üçün qəbul edilib.

Bu barədə Avropa Komissiyasının Mətbuat Xidməti məlumat yayıb.

“Avropa Mülki Müdafiə Mexanizmi vasitəsilə 2400-dən çox ukraynalı xəstə bütün Avropadakı xəstəxanalara xüsusi müalicə üçün göndərilib”, - Avropa Komissiyası bildirib.

AK bu şəxslərin xəstəxanalarda nə qədər qaldığını və onların hərbçi və ya mülki vətəndaşlar olub-olmadığını dəqiqləşdirməyib.

Xatırladaq ki, 2022-ci ildə Avropa İttifaqı və NATO münaqişə zamanı yaralanan və müxtəlif xəstəliklərə məruz qalan Ukrayna ordusunun hərbçilərinin Avropada tibbi yardım alması və reabilitasiyadan keçməsi barədə razılığa gəliblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930