bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Türkiyə Rusiya və Ukraynanı danışıqlar masasına çağırdı

10-08-2023, 12:41 2 dəfə baxılıb





Türkiyə Milli Təhlükəsizlik Şurası (MTŞ) Rusiya və Ukraynanı danışıqlar masasına oturmağa və hərbi əməliyyatları dayandırmağa çağırıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən MTŞ-nin iclasının yekunlarına dair bəyanatda deyilir.

“Rusiya və Ukrayna arasındakı müharibənin gedişi və onun regionumuz üçün mümkün gələcək nəticələri ətraflı müzakirə edilib. Qara dənizdə gərginliyin artması heç kimin marağında deyil. Ona görə də tərəfləri danışıqlar masası arxasına oturmağa və dərhal müharibəni dayandırmağa çağırırıq”, - MTŞ-nin bəyanatında bildirilib.

Bundan əlavə, qeyd olunub ki, “Taxıl sazişi”nə qayıdış ehtiyacı olan ölkələr üçün mümkün mənfi nəticələrin qarşısını alacaq və ərzaq sabitliyinə töhfə verəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031