bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Dünyada sürətlə yayılan COVID-19 Azərbaycana qayıdır? - Ekspert deyir ki, sərt karantin tədbirlərinə...

19-08-2023, 11:24 4 dəfə baxılıb







ÜST 28 gündə dünyada COVID-19-a yoluxma hallarının 63% artdığını bildirib. İyulun 17-dən avqustun 13-dək dünyada 1 milyon 400 mindən çox insan koronavirus infeksiyasına yoluxub. 2300-dən çox insan dünyasını dəyişib. Virusun sürətlə yayılması dünya və ölkəmiz üçün nə qədər təhlükəlidir?

Məsələ ilə bağlı infeksion xəstəliklər uzmanı Dr. Vasif Əliyev Publika.az-a açıqlamasında qeyd edib ki, qlobal miqyasda baxdığımız zaman yoluxmaların sayı artsa da, ölüm halların sayında, əksinə azalma müşahidə olunur:

“Ümumi götürsək, bu, son mutasiyanın dünyada yayılmasına bağlı bir məsələdir. Koronavirusda son mutasiya - Omikronun EG.5 variantı əvvəlki tiplərindən fərqli olaraq, daha yüksək yoluxdurma qabiliyyətini sahibdir. Amma xəstəlik ağır keçmir, xəstəxanada yatmağa ehtiyac olmur. Bu baxımdan qorxulu hal deyil. Üstəlik, Azərbaycanda hələ ciddi bir “Covid-19” infeksiyasına yoluxma və Omikronun EG.5 virus təsdiqlənməyib”.

Həkimin sözlərinə görə, hazırda virusun belə sürətlə yayılmasına səbəb tətil və səyahətlər deyil:

“Sadəcə mutasiya ilə əlaqəlidir. Daha sürətli yayıldığından insanların çoxu yoluxur. Ölkəmizdə olub-olmaması sual altındadır. Gələcəklə bağlı dəqiq nə isə demək olmaz. Bütün bunları zamanla görəcəyik. Amma ciddi bir təhlükə olduğunu da düşünmürəm.

ÜST tərəfindən tövsiyə olunur ki, dövlətlər bu məsələdə sayıqlığı əldən verməməli, infeksiyanın artımları olan ərazilərdə əhalinin sıxlığı müşahidə edilən qapalı məkanlarda maskadan istifadə etməsi, risk qrupuna daxil olan şəxslərin isə dördüncü buster doza ilə vaksin olunması məqsədəuyğundur. Lakin xüsusi, daha sərt karantin tədbirlərinın tətbiqinə ehtiyac yoxdur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930