bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Vətən müharibəsi iştirakçısı rəhbər vəzifəyə təyin olunub

22-08-2023, 10:59 0 dəfə baxılıb






Göygöl Mənzil-Kommunal Təsərrüfat İstehsalatı Birliyinin rəisi vəzifəsinə təyinat olub.

“Report” xəbər verir ki, bununla bağlı Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev müvafiq sənəd imzalayıb.

Sənədə əsasən, həmin vəzifəyə Vətən müharibəsi iştirakçısı Pərvin Arif oğlu Rəhimov təyin edilib.

O, iyul ayından etibarən sözügedən qurumda Abonent Şöbəsinin qrup rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, P.Rəhimov 1992-ci ildə Göygöl rayonunda anadan olub. O, 2010-14-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Qafqaz ölkələri üzrə regionşünaslıq (Qafqazşünaslıq) ixtisası üzrə təhsil alıb.

2014-15-ci illərdə həqiqi hərbi xidmət keçib.

2020-ci il sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin tərkibində iştirak edib.

O, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. Eləcə də “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031