Girdman çayında azyaşlını xilas edən gənc qız boğulma təhlükəsi ilə üzləşdi
Şamaxı sakini Girdman çayında batan azyaşlını xilas edərkən özü boğulma təhlükəsi ilə üzləşib.
Report xəbər verir ki, hadisə çayın Kürdəmirin Balakəngərli kəndindən keçən hissəsində qeydə alınıb.
Kəndə qonaq gələn Şamaxı rayon sakini, 18 yaşlı Dəmirova Fidan Arif qızı çayda batan azyaşlını sudan çıxarmağa çalışarkən özü boğulmaq təhlükəsi ilə üzləşib. O, ətrafdakıların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Lakin həkimlər F.Dəmirovanın vəziyyətinin ağır olduğunu nəzərə alaraq, onu Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər.
Fakt araşdırılır.