bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Yol polisinin tələbinə əməl etməyən sürücü həbs olunub

26-07-2022, 12:48 53 dəfə baxılıb

Yol polisinin tələbinə əməl etməyən sürücü həbs olunub




Bakıda yol polisinin qanuni tələbinə əməl etməyən şəxs həbs olunub.

Baş Dövlət Yol Polisi İdarəsindənBizimLider.com-a verilən məlumata görə, “Scania” markalı, 77-BA-685 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücü Mürşüdov İslam Misirxan oğlu polisin qanuni tələbinə əməl etmədiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb. İslam Mürşüdov barəsində materiallar toplanaraq baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 1 ay müddətində inzibati qaydada həbs edilib.


"Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, belə hüquqazidd əməllərə yol verən şəxslərlə bağlı ciddi tədbirlər həyata keçiriləcək", DYP-nin məlumatında deyilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031