bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

"Qarabağ" onu da itirdi

21-08-2024, 14:50 0 dəfə baxılıb

"Qarabağ" onu da itirdi



“Qarabağ” bir futbolçusunun xidmətindən məhrum qalıb.

Publika.az xəbər verir ki, yarımmüdafiəçi Julio Romao UEFA Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”su ilə cavab oyununu buraxmalı olacaq.

Buna səbəb braziliyalı orta sahə oyunçusunun cəzalı duruma düşməsidir. Belə ki, öncəki mərhələdə “Ludoqorets”lə hər iki qarşılaşmada sarı vərəqə alan 26 yaşlı futbolçu “Dinamo” ilə Xorvatiyadakı matçda da eyni halla üzləşib. Beləliklə, ÇL-in cari mövsümündə passivindəki sarı vərəqə sayını 3-ə çatdıran Romao cəzalı duruma düşüb.

Qeyd edək ki, “Qarabağ”la “Dinamo” arasında Bakıdakı oyun avqustun 28-də keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031