Qadın həndbolçulardan ibarət Azərbaycan millisi V İslam Həmrəyliyi Oyunlarını ikinci pillədə başa vurub
Qadın həndbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Bizimlider.com Gənclər və İdman Nazirliyindən aldığı məlumata görə, Yığma komandamız həlledici oyunda Türkiyə seçməsi ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə millimiz 24:30 hesabı ilə məğlub olub və gümüş medalla kifayətlənib.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.
Bizimlider.com