bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ən çox qızıl ehtiyatı olan 10 ölkə

16-03-2025, 23:00 4 dəfə baxılıb

 Dünyanın müxtəlif ölkələrinin mərkəzi bankları ardıcıl üç ildir ehtiyatlarını artırmaq üçün min tondan çox qızıl alır. İnkişaf etməkdə olan ölkələrin mərkəzi bankları qiymətli metalın xalis alışı üzrə lider mövqelərini qoruyurlar.

Bu barədə Bizimlider Dünya Qızıl Şurasına (World Gold Council, WGS) istinadla xəbər verir.

Ən böyük qızıl ehtiyatları olan ölkələr siyahısında ABŞ lider mövqedədir, onun qızıl ehtiyatları 8133,46 tondur. İkinci yeri Almaniya (3351,53) tutur. Ardınca müvafiq olaraq, İtaliya (2451,84), Fransa (2437), Rusiya (2335,9) və Çin (2279,56) gəlir. İlk onluğa həmçinin İsveçrə, Hindistan, Yaponiya və Niderland da daxildir.

Ekspertlərin proqnozlarına görə, 2025-ci ildə mərkəzi bankların qızıla olan marağı davam edəcək və alışların həcmi 900 tona çata bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031