bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Neftin ucuzlaşması manata təsir edəcək? - VİDEO

23-04-2020, 16:23 136 dəfə baxılıb

Neftin ucuzlaşması manata təsir edəcək? - VİDEO
Beynəlxalq Valyuta Fondunun proqnozuna əsasən, pandemiya, eləcə də dünya enerji bazarında qiymətlərin kəskin düşməsi nəticəsində 2020-ci ildə qlobal iqtisadiyyatda üç faiz, Orta Şərq və Mərkəzi Asiyanın neft ixrac edən ölkələrində isə 3,9 faiz azalma olacaq. Ölkəmizə gəldikdə isə iqtisadiyyat cəmi 2,2% kiçiləcək.

Baku.Tv bildirir ki, bu göstərici ilə Azərbaycan Orta Şərq və Mərkəzi Asiyanın neft-qaz ixrac edən 11 ölkəsi arasında pandemiyadan ən az zərər çəkənlərin ilk üçlüyündədir.

Ekspertlərin fikrincə, azalma sırf obyektiv səbəblərdən baş verir. Çünki dünyada alıcılıq qabiliyyəti aşağı düşdüyündən mənfi tendensiya bütün ölkələr kimi Azərbaycanın da ixrac prosesinə təsir göstərir. Ölkəmiz OPEC+ çərçivəsində neft hasilatını azaldır və aşağı neft qiymətlərindən də itirir.

Pandemiyanın təsirilə neft ixrac edən və tam üzən rejimə malik bütün ölkələrin valyutası devalvasiyaya uğrayıb. Lakin postsovet məkanında yeganə olaraq, Azərbaycan hökuməti milli valyutanın sabitliyi üçün əsas riskləri öz üzərinə götürüb.

Ekspertlər bildirir ki, hökumət tərəfindən xarici borclanmaya və devalvasiyaya getmədən böhranla daxili imkanlar hesabına mübarizə aparılır. Pandemiya ilə mübarizə büdcəsi təxminən 3,5 milyard manat təşkil edir və vaxtında anti-böhran tədbirləri müəyyənləşdirilib.

Eyni zamanda, manatın sabitliyi üçün üç milyard manatdan artıq vəsaitlə valyuta bazarına müdaxilə edilib. Növbəti mərhələdə isə iqtisadiyyatın bərpası başlayacaq. Qısacası, milli valyutamızla bağlı hələ ki, heç bir təhlükə görünmür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930