Bu sığorta şirkətləri də bağlanma təhlükəsi ilə üz-üzədir - SİYAHI
Yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən 22 sığorta şirkətinin 6-da yığımlar azalıb, 16-da artıb.
FED.az xəbər verir ki, ən böyük azalma «Atəşgah sığorta»da olub – 24,4%. «Ata sığorta»da yığımlar 16,3%, «Meqa sığorta»da 14,6%, «Azsığorta»da 11,4%, «Xalq sığorta»da 7,6% təşkil edib.
Məbləğ baxımından ən böyük azalma «Atəşgah sığorta» (2,9 milyon) və «Meqa sığorta»da (1,6 milyon) qeydə alınıb.
16 şirkətdə isə yığımlar artıb. Faiz nisbətində nə böyük artım «Amrah sığorta» (5,5 dəfə) və «Naxçıvan sığorta»da (2,8 dəfə) qeydə alınıb. «Sənaye sığorta»da 73%, «Qala sığorta»da 68% artım olub.
Məbləğ baxımından ən böyük artım isə «Paşa həyat» (21,1 milyon), «Paşa sığorta» (11,4 milyon) və «Qala sığorta»da (5 milyon manat) qeydə alınıb.