bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Sığorta şirkətlərini ağır günlər gözləyir - Ekspert

10-04-2020, 14:18 84 dəfə baxılıb

Sığorta şirkətlərini ağır günlər gözləyir - Ekspert
Xəbər verildiyi kimi Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişi ilə nəqliyyat vsitələrinin texniki baxışdan keçməyənlərin elektron qaydada aşkarlanması, eləcə də sığorta müqaviləsinin bitməsi ilə bağlı xüsusi texniki vasitələrlə aşkarlanması karantin müddətində dayandırılıb.
Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən sığorta bazarı üzrə ekspert İlkin İbrahimov bildirib ki, sığorta şirkətlərini ağır günlər gözləyir.

“Dövlət Yol Polisinin “sığorta radarlarını” söndürməsi sosial dövlətdə vətəndaşa edilən qayğıdır. Yəni dövlət fikirləşir ki, çölə çıxmaq qadağandırsa, deməli sığortanı etməməyə görə qadağa da aradan qalxmalıdır. Lakin burada tək cərimələnmə mexanizmindən söhbət gedir. Yenə də vətəndaşlar sığorta şirkətlərindən bugünkü qaydalara uyğun olaraq yəni evdən çıxmadan online sığortalanmalarını edə bilərlər. Bu gün sığorta şirkətlərinin saytlarında, sığorta brokerlərinin saytlarında və digər yerlərdə qoyulmuş terminallardan vətəndaşlar öz sığortalarını edə bilərlər.

Maraqlı məqam ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı yaranan ajiotajdakı kimi İcbari Sığorta Bürosu gözləmə mövqeyi tutub. Sanki gözləyir və baxır ki, bu iş hansı məcraya yönələcək mən ən sonda danışım. Hesab edirəm ki, hazırda bu mövzuda ilk danışmalı olan qurum İcbari Sığorta Bürosu olmalıdır. Çünki söhbət məhz onların xidmətinin dayandırılıb-dayandırılmamasından gedir. Lakin hesab edirəm ki, bu xidmət dayandırılmayacaq. Çünki vətəndaşların bu vəziyyətində qəzalar zamanı həm mübahisələrin artması, həm də zərərvuranın əlavə ödənişə düşməsi arzuolunmazdır”.,- deyə sığorta bazarı üzrə ekspert İlkin İbrahimov bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930