bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

"Dədə Qorqud Dastanı"nın 3-cü nüsxəsi tapılıb.

27-04-2019, 16:55 160 dəfə baxılıb

"Dədə Qorqud Dastanı"nın 3-cü nüsxəsi tapılıb.

Milli.Az yarpaq.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyədə keçirilən Dünya Mədəni Mirası Dədə Qorqud Beynəlxalq Konfransında məlumat verilib. Konfrans Türk Dil Qurumu, Bayburt valiliyi, Bayburt Universiteti və Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) təşkilatçılığı ilə keçirilir.

İndiyədək "Dədə Qorqud" Dastanının iki nüsxəsi məlum idi. Bunlardan biri Drezdendə (Almaniya), digəri isə Vatikanda (İtaliya) saxlanılır.
Tapılan yeni nüsxədə əvvəlkilərdən fərqli olaraq itən 13-cü dastan yer alır. Bu dastanda Salur Qazanınəjdahanı öldürdüyü boy var.

3-cü nüsxəni tapan türkoloq professor Metin Ekici dastanı Kazaxıstanda tapdığını bildirib. O, yeni nüsxəyə Türkistan adı verib: "Yeni nüsxəni əsər olaraq yayımlamağı planlaşdırırıq. Bu türk dünyası üçün önəmli kəşfdir".

Dünya Mədəni Mirası Dədə Qorqud Beynəlxalq Konfransının iştirakçıları 3-cü nüsxənin tapılmasının çox önəmli olduğunu bildiriblər. Amma burda 13-cü dastanın yer alması kəşfi daha da önəmli edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30