bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Son dəqiqələrində anamın yanında ola bilmədim - Bəhram Bağırzadə

2-01-2021, 13:23 283 dəfə baxılıb

Son dəqiqələrində anamın yanında ola bilmədim - Bəhram Bağırzadə
"Bu gün anamı itirdim... Koronavirus daha bir həyat aldı. Ancaq inanıram ki, o, ən yaxşı dünyadadır, çünki anam çox ləyaqətli bir həyat sürdü və uca Allahın qarşısında borcunu yerinə yetirdi - anam çox gözəl bir övlad, həyat yoldaşı, bacım və mənim üçün ən yaxşı ana idi və çox imanlı bir insan idi. Təəssüf ki, son günlərində və dəqiqələrində mən onun yanında ola bilmədim".

Bizimlider.com Trend-ə istinadən bildirir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə anasının vəfatı ilə bağlı öz instaqram hesabında yazıb. O qeyd edib ki, anası ağır vəziyyətinə və komada olmasına baxmayaraq, dünyəvi həyatının son anına qədər Allahdan bizim üçün, öz övladları üçün can sağlığı diləyib:

"Gedərək virusdan aldığı bütün zərbəni öz üzərinə götürdü və mənim üçün, bacım və bütün yaxınlarım üçün həyat və sağlamlıq dilədi, çünki bu dünyada Ananın duasından güclü bir şey yoxdur. Allah rəhmət eləsin! Özünüzü qoruyun, əziz dostlar, yaxınlarınızı qoruyun, onların həyatını qorumaq üçün mübarizə aparın..."






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930