bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanın BMT-dəki nümayəndəliyi: Ermənistanın silahlandırılması sülhə xidmət etmir

23-10-2023, 08:32 4 dəfə baxılıb




“Bəzi qeyri-regional dövlətlərin Cənubi Qafqaza öz keçmiş və indiki müstəmləkə təcrübəsini tətbiq etmək və regionda ksenofob siyasəti genişləndirmək cəhdləri, o cümlədən Ermənistanı silahlandırması və onun nifrət təbliğatını dəstəkləməsi sülhə xidmət etmir”.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasında daimi nümayəndəsinin müavini Tofiq Musayev "Dialoq vasitəsilə sülh: regional, subregional və ikitərəfli sazişlərin mübahisələrin qarşısının alınmasına və sülh yolu ilə həllinə töhfəsi" mövzusunda açıq debatdakı bəyanatında bildirib.

Tofiq Musayev qeyd edib ki, BMT Nizamnaməsinin, beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozuntusu kimi suveren Azərbaycan ərazilərinin qonşu Ermənistan tərəfindən təxminən otuz il müddətində işğal edilməsini göstərmək olar.

Bu da beynəlxalq hüququn yanlış təfsirinə qarşı mübarizə, dövlətlərin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün regional və beynəlxalq səviyyədə daha çox iş görməyin lazım olduğunu göstərir.

T.Musayev bu kritik mərhələdə beynəlxalq ictimaiyyətin Ermənistanı öz beynəlxalq öhdəliklərinə ciddi şəkildə əməl etməyə çağıracağına ümid etdiyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930