bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ermənistanın mina terroru mülki şəxslərin həyatına təhlükə yaratmaqda davam edir - Ombudsman

25-08-2024, 19:48 0 dəfə baxılıb





Ermənistanın mina terroru mülki şəxslərin və hərbi qulluqçuların həyat və sağlamlığına təhlükə yaratmaqda davam edir.

Bu, Azərbaycanın Respublikasının insan hüquqları üzrə müvəkkili Səbinə Əliyevanın (ombudsman) Füzulinin Zərgər kəndində baş vermiş hərbi sursat partlayışına reaksiyasında qeyd olunub.

Bildirilib ki, işğaldan azad edilmiş Füzuli rayonunun Zərgər kəndi ərazisində avqustun 24-də sursat partlayışı nəticəsində bir mülki şəxs yaralanıb. İkinci Qarabağ müharibəsindən bu günədək 370-dən çox şəxs mina qurbanına çevrilib.

“Bir daha qeyd edirik ki, ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təqdim olunmaması insanların həyat və sağlamlığına təhlükə yaratmaqla yanaşı, keçmiş məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz qayıdışına, sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına, bölgədə aparılan bərpa-quruculuq işlərinə ciddi maneə törədir. Həmçinin həmin minaların partlaması regionda ekoloji tarazlığın pozulması və ekoloji böhranın yaranması ilə nəticələnir.

Ermənistanın mina terroruna beynəlxalq ictimaiyyətin səssiz qalması günahsız insanların həyat və sağlamlığına qəsd etməklə bərabər, fundamental insan hüquq və azadlıqlarının pozulmasına səbəb olmaqdadır”, - deyə ombudsman vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930