bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ərdoğan bu ölkələrə çağırış etdi: İttifaq yaradaq!

7-09-2024, 20:42 0 dəfə baxılıb





İslam ölkələri İsraildən gələn artan ekspansionizm təhlükəsinə qarşı ittifaq yaratmalıdır.

Bu təklifi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.

Türkiyə lideri İsrailin nəzarə etdiyi İordan çayının qərb sahilində yaşayış məntəqələrinin genişləndirilməsinə qarşı cümə günü keçirilən etiraz aksiyasında iştirak edən türk əsilli amerikalı qadının İsrail əsgərləri tərəfindən öldürülməsinə münasibət bildirib.

“İsrail təkəbbürünü, dövlət terrorizmini dayandıracaq yeganə addım İslam ölkələrinin ittifaqıdır”, – Ərdoğan İstanbul yaxınlığında İslam Məktəbləri Birliyinin tədbirində deyib.

Onun sözlərinə görə, Türkiyənin Misir və Suriya ilə əlaqələri yaxşılaşdırmaq üçün atdığı son addımlar Livan və Suriyanı da təhdid edən “ekspansionizm təhlükəsinə qarşı həmrəylik xətti yaratmaq” məqsədi daşıyır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30